2014 Dünya Çempionatının qrup mərhələsində Fransa-İsveçrə qarşılaşması qol yağışı ilə keçdi. E qrupunun bu iki komandası əzmkar və qarşılıqlı hücumlarla, təhlükəli vəziyyətlərlə zəngin bir oyun göstərdi.
Oyun fransızların aşkar üstünlüyü şəraitində keçsə də, İsveçrə yığması da özünü göstərməyi bacardı. İsveçrəlilərin qapıçısı Benaqlio hətta Kərim Benzemanın penalti zərbəsini də dəf edə bildi.
Hesab isə Fransa yığmasının xeyrinə 5:2 hesabı ilə başa çatdı.
Qolları Fransa yığmasından Qiroud (17 və 41-ci dəq.), Matuidi (18-ci dəq.), Benzema (67-ci dəq.) və Sissoko (73-cü dəq.); İsveçrə millisindən Dzemaili (81-ci dəq.) və Xhaka (87-ci dəq.) vurdular.
DÇ-2014: Fransa-İsveçrə oyununda “qol yağışı”
•
•