DÇ-2014: Kolumbiya növbəti mərhələdə

Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir. C qrupunda Kolumbiya Fil Dişi Sahili yığması ilə qarşılaşıb. 

Oyun Kolumbiya yığmasının 2-1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilk oyund da qalib gələn Kolumbiya yığmasının növbəti mərhələyə çıxışını təmin edib. 

Qollar: Ceyms Rodriqes, 64 (1:0), Kintero,  70 (2:0), Jervinyo, 73 (2:1)

Qrupun digər oyunun Yaponiya və Yunanıstan komandaları üz-üzə gələcək. Həmin matçın start fiti Bakı vaxtı ilə saat 03:00-da keçiriləcək.