DÇ-2014:Xorvatiya Kamerunu 4-0 məğlub etdi

Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir. Günün sonuncu oyunu A qrupunda Kamerunla Xorvatiya arasında baş tutub.  Bakı vaxtı ilə saat 03:00-da başlayan görüş Xorvatiyanın böyük hesablı qələbəsi ilə başa çatıb – 4:0. İlk qolu 11-ci dəqiqədə İvica Oliç Kamerunun qapısından keçirib. Aleksandr Sonqun 40-cı dəqiqədə qırmızı kart almasından sonra azlıqda qalan  Kamerun yığması 48-ci dəqiqədə qapısında 2-ci qolu görür. Qolun müəllifi İvan Persiç olur. Kamerunu daha 2 dəfə məyus edən isə Mario Mandzukiç olur. O Kamerunun qapısına 73 və 89-cu dəqiqələrdə yol tapır.

azadliq.info