Dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları davam edir. B qrupunun ikinci oyununda hazırkı dünya çempionu İspaniya Çili yıması ilə qarşılaşırdı. İlk oyunda məğlub olan İspaniya turnirda iştirakını davam etməsi üçün qələbə qazanmalı idi. Lakin Çili yığması İspaniyanı mundialla erkən vidalaşmağa vadar etdi. Oyun Çili yığmasının 2-0 hesablı qələbəsi ilə başa çatdı. Qolları 20-ci dəqiqədə Varqas və 44-cü dəqiqədə Aranqes vurdu. Bununla da B qrupunda Hollandiyanın ardınca Çili də 1/8 mərhələdə iştirakını təmin etdi.
DÇ-2014: Çili İspaniyanı ələdi
•
•