Azərbaycanda azadlıqlara nifrət edib, Yunanıstanda azadlıq abidəsinə həyəcanla baxmağın səbəbi nədir?
Ölkə bşaçısı Ilham Əliyevin Yunanıstan səfəri həqiqətən də maraqlı məqamlarla zəngindir. Əvvəlcə prezident Yunanıstanın Azadlıq və Demokratiya rəmzi olan Akropolu ziyarət etdi. Çaşqınlığımız aradan qalxmamış xəbər yayıldı ki, Ilham Əliyev Yunanıstanın əsas müxalifəti olan Demokrat Solçular Birliyinin lideri Aleksis Tsipras ilə görüşüb.
Çox müəmmalı tarixi dövr yaşayırıq və hökumətimizin siyasətindəki analoqu olmayan addımlar bizi çaşbaş salıb.
Azərbaycanda azadlıqlara nifrət edib, Yunanıstanda azadlıq abidəsinə həyəcanla baxmağın səbəbi nədir? Azərbaycanda müxalifəti “ünsür”, “element”, “ermənipərəst2 adlandırıb, Yunanıstanda müxalifət axtarışına çıxmağın nə mənası var?
Rəhbərlik etdiyin ölkədə müxalifət partiyasının qərərgahı partladılırsa, müxalifət liderinə posport verilmirsə, müxalif fəallar qondarma ittihamlarla həbs olunursa, müxalifətin söz demək imakanı məhdudlaşdırılırsa, başqa ölkədə müxalifətlə həmsöhbət olmaq hansı zərurətdən doğur?
Əminəm ki, Ilham Əliyevin bu görüşdə məqsədi fərqli fikri dinləmək, mövcud hakimiyyətin səhvlərini müzakirə etmək deyil. Çünki belə bir fikirlə Yunanıstan müxalifətini qəbul etmək, həmin müxalifət liderini ələ salmaqdır. Öz ölkəsində müxalifətin kökünü kəsməyə söz vermiş adam başqa ölkənin müxalifətini sevə bilməz. Bəs, Ilham Əliyev Yunanıstan müxalifəti ilə hansı məqsədlə görüşə bilərdi?
Yəqin ki, Ilham Əliyev Aleksis Tsiprasdan Yunanıstan prezidenti Karolos Papulyasın varidatı haqqında məlumat almaq istəyib. Yəni öyrənmək istəyib ki, Papulyasın neçə bankı, neçə villası, hansı offşor zonalarda milyardları, övladlrının neçə şirkəti var. Adam həmişə özü ilə həmkarları arasında müqayisə aparmağı sevir.
Əminəm ki, Tsiprasın cavablarından sonra Ilham Əliyevin Yunanıstan prezidenti Karlos Papulyas haqqında fikirləri dəyişib.
Indi Ilham Əliyev üçün Papulyas da “ünsür”dü.
Bir prezidentin ki hər rayonda iqamətgahı, hər ölkədə villası, hər qitədə şirkəti yoxdur, həmin prezidentin gələcəyi yoxdur. Istənilən halda Ilham Əliyevin Yunanıstanda müxalifət lideri ilə görüşməsini “əsrin paradoks”u adlandırmaq olar. Arabir belə gedişlər edib, bizi təəccübləndirməyi yaxşı haldır. Sabah eşitsəniz ki, Ilham Əliyev Belarusu Avropa birliyi ilə Assosasiya Sazişi imzalamağa səsləyib, təəccüblənməyin. Axı biz analoqu olmayan ölkədə yaşayırıq.
Akif


