Anar yenidən AYB sədri oldu

AYB-nin hazırkı katibləri də öz tutduqları vəzifələrində qalıb

“Bu gün Bakıda Azərbaycan Yazıçılar Birliyinin (AYB) XII qurultayı keçirilib. Xalq yazıçısı Anar yenidən Yazıçılar Birliyinin sədri seçilib”.

Bunu AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib. Onun sözlərinə görə, Anar qurultayda yeganə namizəd olub.

Qurultayda həmçinin AYB-nin hazırkı katiblərinin də (Fikrət Qoca – Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Çingiz Abdullayev – təşkilat-təsərrüfat məsələləri üzrə katib, Arif Əmrahoğlu – yaradıcılıq məsələləri üzrə katib, Rəşad Məcid – gənclərlə iş üzrə katib) vəzifələrində qalması barədə qərar verilib.

Azərbaycan yazıçılarının XII qurultayı Akademik Milli Dram Teatrında keçirilib.

Qeyd edək ki, Anar 1987-ci ildən AYB-nin sədridir.  (anspress.com)