Dünya çempionatında qrup mərhələsi çərçivəsində gecə saatlarında isə G qrupunun daha bir oyunu baş tutub. Qana və ABŞ millilərinin qarşılaşması Bakı vaxtı ilə saat 03:00-da başlayıb. Oyun 2:1 hesabı ilə ABŞ yığmasının xeyrinə başa çatıb. Hesabı elə 1-ci dəqiqədəcə ABŞ millisi açıb. Qolu Clint Dempsey vurub. Tərəflər fasiləyə bu hesabla gediblər. Qana yalnız 82-ci dəqiqədə bərabərlik qolunu vurub. Andre Ayyu ABŞ-ı məyus edib. Amma Qananın sevinci çox çəkməyib. Con Bruks 86-cı dəqiqədə vurduğu qol ilə komandasına yenidən üstünlüyü geri qaytarıb. Birinci turdan sonra qrupda Almaniya və ABŞ hərəyə 3 xal ilə liderdir. Almaniya Portuqalyanın qapısına 3 cavabsız top vurduğundan top fərqi hesabına qrupun birincisidir.
azadliq.info