
“ABŞ-ın yeni prezidenti qadın olmalıdır”. Bunu ABŞ-ın prezidentliyinə potensial namizəd sayılan sabiq dövlət katibi Hillari Klintion bildirib.
Klintonun fikrincə, Birləşmiş Ştatlar Almaniyanın nümunəsini təkrarlamalı və dövlətin başına qadın gəlməlidir. Keçmiş dövlət katibi ABŞ-da prezidentin qadın olması üçün əlindən gələni edəcəyini deyib.
Almaniyanın “Stern” jurnalına müsahibəsində Klinton heç bir zaman qadın prezidenti olmayan ABŞ-ın Almaniya, Çili və Braziliya kimi ölkələrdən geri qaldığını söyləyib: “Bunu reallaşdırmaq üçün əlimdən gələni edəcəyəm. Bunu gerşəkləşdirən adam mən ola biləcəyimni isə deyə bilmərəm”.
Hillari Klinton 2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkilərində real namizədlərdən biri hesab edilir. Bu ilin mayında “İpsos” sosioloji araşdırma kompaniyasının keçirdiyi sorğuya əsasən, rəyi soruşulan amerikalıların əksəriyyəti onun qələbə şansının yüksək olduğunu söyləyiblər.


