Dünya çempionatında qrup mərhələsi çərçivəsində F qrupunun ilk görüşündə Argentina millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Oyun Argentina yığmasının 2-1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesab 3-cü dəqiqədə açılıb. Bosniya və Hersoqovina yığmasının oyunçusu Kolaşinasın avtoqolu Argentina yığmasını önə çıxardı. 83-cü dəqiqədə Argentinanın ulduzu Leonel Messi hesabı 2-0 çatdırıb. Bosniya və Herseqovina yığması 86-cı dəqiqədə İbişeviçin topu ilə fərqi minimuma çatdırsa da, bundan artığına gücü çatmayıb.
DÇ-2014: Argentina Bosniya və Herseqovinanı məğlub etdi
•
•