DÇ-2014: Uruqvaya Kosta Rika şoku

Dünya çempionatında qrup mərhələsi çərçivəsində D qrupunun ilk oyununda Uruqvay və Kosta Rika yığmaları qarşılaşıb. Oyunda hesabı Uruqvay millisi açıb. 24-cü dəqiqədə Edison Kavani penalti zərbəsini dəqiq yerinə yetirdi. Lakin oyunun ikinci hissəsində Kosta Rika 3 top vuraraq qələbə qazanmağı bacardı. Topları 54-cü dəqiqədə Kembl, 57-ci dəqiqədə Oskar Duate və 85-ci dəqiqədə Urena vurub. 

azadlıq.info