Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir. Bu gün C qrupunun bir oyunu keçirilib. Kolumbiya millisi Yunanasıtanla qarşılaşıb. Kolumbiya yığması Yunanıstan millisinin qapısından 3 cavabsız top keçirib. Qollar 5-ci dəqiqədə Armero, 58-ci dəqiqədə Teofilo Quterres və 90+3 dəqiqədə Ceyms Rodriqes vurub. Kolumbiya millisi dünya çempionatında ən erkən qolunu vurub.
Gecə saatlarında isə D qrupunda Uruqvay – Kosta Rika və İngiltərə – İtaliya matçarı keçiriləcək.
Səhər saatlarında C qrupunda bir oyun baş tutacaq. Bakı vaxtı ilə saat 06:00-da Fil Dişi Sahili və Yaponiya yığmaları üz-üzə gələcək.