
Türkiyədə prezidentliyə namizəd ola biləcək şəxslər sırasına Turqut Özalın oğlu Əhməd Özalın da adı daxil odu.
“Azadlıq.info” Türkiyə KİV-ə istinadla xəbər verir ki, Əhməd Özal CHP-nin namizədi ola bilər. Belə ki, öz namizədini müəyyən etmək üçün ictimai təşkilatlar, siyasi partiyalar və sənətçilərin də daxil oduğu fərqli kəsimlərin rəyini öyrənən CHP lideri Klıçdaroğluna verilən arayışlardan birində Əhməd Özalın namizədliyi təklif olunub.
Məlumata görə, hazırlanan arayışda namizəd kimi nəyə görə Əhməd Özalın seçilməli olduğu da izah edilib. Qeyd olunub ki, o, AKP və BDP-yə verilən səslərin bir hissəsini ala bilər; daşıdığı keyfiyyətlərə görə hər kəsin sevdiyi Turqut Özal mirasına sahibdir.


