Bakıda məktəbli intihar etdi

Bakıda məktəbli oğlan Facebook-da dostları ilə sağollaşıb özünü öldürdü. Dəhşətli hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində olub. Orta məktəbin 10-cu sinif şagirdi olan 16 yaşlı Anar Məmmədov yaşadığı evin həyətində özünü asıb.

A.Məmmədov özünü öldürməmişdən az öncə Facebook profilində status yazıb: “İndən belə mən olmayacam. Sağ olun, hamınızı çox istəyirəm. Sağ olun dostlar. İnşallah gələrsiniz yanıma. Oldu, öpürəm sizi”.

Sabunçu rayon Prokurorluğundan bildirilib ki, A.Məmmədovun intihar etməsinin səbəbi məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.