DÇ-2014: Çili Avstraliyanı uddu

2014 Dünya Çempionatının iyunun 13-də keçirilən sonuncu oyunu Çili və Avstraliya komandalra arasında olub. Cənubi Amerika təmsilçiləri rəqibi 3:1 hesabı ilə məğlub edib.
Qolları 12-ci dəqiqədə Aleksis (Çili), 14-cü dəqiqədə Valdiva (Çili), 35-ci dəqiqədə Tim Cahill (Avstraliya) və 91-ci dəqiqədə Jan Biusejur (Çili) vurub.