Mirça Luçesko iyunun 17-də Türkiyəyə gələcək
Türkiyənin “Qalatasaray” futbol klubunun yeni baş məşqçisi bəlli olub.
Rumıniyalı baş məşqçi Mirça Luçesko “sarı-qırmızılar”la ilkin razılaşmaya imza atıb. Luçesko iyunun 17-də İstanbula gələcək.
Rumıniyalı baş məşqçi jurnalistlərə açıqlamasında bildirib ki, o, Ukraynanın “Şaxtyor Donetsk” klubunun prezidenti Rinat Əhmədovu fikrindən daşındıra bilib: “Ukraynada davam edən döyüşlərə görə, ölkədən getmək istədiyimi Rinat Əhmədova dedim. O, isə mənim qərarıma hörmətlə yanaşdı və klubdan ayrılmağıma icazə verdi”.
Luçesko həmçinin bildirib ki, “Şaxtyor Donetsk”dən vaxtından tez ayrıldığına görə, kluba heç bir təzminat ödəməyəcək.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl “Qalatasaray” İtaliyalı baş məşqçi Roberto Mançinini istefaya göndərmişdi.