
Qazaxıstan 10 ölkəyə qarşı vizasız rejim tətbiq etdi. Vizasız rejim Qazaxıstan iqtisadiyyatına aktiv investisiya yatıran ölkələrin vətəndaşlarına tətbiq ediləcək. Qazaxıstan hələlik bu addımı bir tərəfli şəkildə edib. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin fikrincə, ölkəyə investisiyanın cəlbi üçün bir sıra səddləri aradan qaldırmaq lazımdır: Viza rejiminin ləğv olunduğu olkələr siyahısına Böyük Britaniya, Almaniya, İtaliya, Malaziya, BƏƏ, ABŞ, Koreya Respublikası, Niderland, Fransa və Yaponiya daxildir.
azadliq.info


