Azərbaycanda dəhşətli qətl hadisəsi baş verib. Gədəbəy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayon mərkəzində yerləşən gözəllik salonlarının birində qeydə alınıb.
Slavyanka kənd sakini, 1981-ci il təvəllüdlü Qasımov Elçin Fəxrəddin oğlu 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın başını kəsərək qətlə yetirib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, F.Aslanova toyu olduğuna görə salona gəlibmiş.
Hadisənin qısqanclıq zəmində baş verdiyi bildirilir. Onların boşandıqları və bu nikahdan bir övladlarının olduğu bildirilib.
Toy günü gəlinin başını kəsdilər
•


