
2014 Dünya Çempionatının ilk oyununda öz qapısına qol vuran Braziliya yığmasının müdafiəçisi Marselo tarixə düşüb.
Çempionatın açılış oyununda Braziliya Xorvatiyanı qarşılayıb. 11-ci dəqiqədə xorvatların hücumunu Marselo avtoqolla tamamlayıb.
Marselonun avtoqolu 3 parametr üzrə Dünya Çempionatları tarixində ilk olub.
1. İndiyədək Dünya Çempionatlarının heç bir açılış oyununda avtoqol olmayıb.
2. DÇ oyunlarından heç birində ilk qol öz qapısına vurulmayıb.
3. İndiyədək Braziliya yığmasının heç bir oyunçusu DÇ oyunlarında öz qapısına qol vurmayıb.
Beləliklə, Marselo heç də arzulamadığı şəkildə adını futbol tarixinə yazdırdı.



