Azərbaycan hakimiyyəti ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyasının) ölkəmizlə bağlı keçirdiyi dinləmələri boykot edib. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, dinləmələrə Azərbaycan tərəfdən ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov dəvət olunub. Lakin o, tədbirə gəlməkdən imtina edib.
Helsinki Komissiyasının dinləmələri iyunun 11-də keçirilib. Tədbirdə ABŞ-Azərbaycan münasibətlərinin təhlükəsizlik, iqtisadi və insan haqları tərəfləri müzakirə olunub. Dinləmələrdə region üzrə aşağıdakı mütəxəssislər çıxış edib: Tomas Melia – ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviri;
Erik Rubin – Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri;Miriam Lanskoy – Demokratiyaya Dəstək Fondunun (NED) Rusiya və Avrasiya üzrə direktoru;
Brenda Şaffer – Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Mərkəzinin elmi tədqiqatçısı.