«Lans»ı «fövqəlnazir» almaq istəyirmiş; Ziya Məmmədovun ortağı onu qabaqlayıb
Fransanın “Lans” klubunu nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı Hafiz Məmmədovdan əvvəl fövqəladə hallar naziri Kəmaləddin Heydərov almaq istəyib. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Kəmaləddin Heydərovun oğlanları Taleh və Nicat Heydərovlar bu istiqamətdə ciddi səylər göstəriblər. Lakin son anda Hafiz Məmmədov onları qabaqlaya bilib. Məlumatda deyilir ki, Kəmaləddin Heydərovun bu futbol klubunu alması Avropanın diqqət mərkəzində olmaq məqsədi daşıyırmış.
Məlumatda deyilir ki, bu məsələdən qəzəblənən Kəmaləddin Heydərov Hafiz Məmmədova qarşı savaş açıb. Təsadüfi deyil ki, Ziya Məmmədovun ortağı “Lans”ı alandan sonra “fövqəlnazir”ə yaxın mediada Hafiz Məmmədovla bağlı kompramat materiallar yer almağa başladı. Bəzi iddialara görə, əcnəbi mediada Hafiz Məmmədov barədə dərc edilən materiallarda Kəmaləddin Heydərovun oğlanlarının rolu var.
İnformasiya şöbəsi