Ərdoğanla Gül helikopter sürdü

Türkiyədə “T-129 ATAK” helikopteri sınaqdan keçirilib

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla prezident Abdulla Gül helikopter sürüb. Dövlətin rəsmiləri bu gün Aviasiya Komandanlığının keçirilən mərasimində iştirak ediblər. 

Mərasimdə “T-129 ATAK” helikopteri sınaqdan keçirilib. Tədbirdə TBMM sədri Cəmil Çiçək də iştirak edib. 

Qeyd edək ki, bu helikopter 2007-ci ildə imzalanan müqavilədən sonra istehsal edilib. ATAK-da 76 ədəd raketin və 20 millimetr top mərmisinin olduğu deyilir. (anspress.com)