“Putinlə bacarmaq üçün Obamaya Reyqan dərsləri”. Wall Street Journal qəzetinin məqaləsi belə adlanır.
Qəzet yazır ki, bu ay 40-cı ABŞ prezidenti Reaganın vəfatının 10 iliyidir. Bu keçən vaxtda xeyli sənədlər açılıb və Reaganın SSRİ-yə qarşı mübarizəsinin detalları aydın olur.
Qəzet hesab edir ki, Reyqanın etdiklərini öyrənmək Obamaya faydalı olardı.
Birinci dərs odur ki, Reaganın uzunmüddətli strategiyası vardı. Hələ 1980-ci ildə Reagan prezidentliyə respublikaçılardan iddiaçı olmaq istəyəndə onun məsləhətçisi soruşub ki, “Ron, axı siz niyə prezident olmaq istəyirsiniz?” Reagan cavab verib ki, “Soyuq Müharibəyə son qoymaq istəyirəm”. Bir neçə il əvvəl bu fikri o, daha aydın ifadə etmişdi: “Biz qalib gələcəyik, onlar, (yəni SSRİ) uduzacaq”.
Wall Sstreet Journal yazır ki, Reyqan SSRİ tərəfdən daha çox çətinliklıə üzləşirdi, nəinki indi Obama Rusiya tərəfdən. Hazırki Rusiya ordusu o vaxtki SSRİ ordusunun 4-də 1-dir. Rusiya ordusunun nüvə gücü Sovet Ordusunun nüvə gücünün 5-də 1-dir. Rusiya iqtisadiyyatı İtaliya iqtisadiyyatı boydadır.
Rusiyada insanları birləşdirə bilən bir ideya yoxdur. Putin, faktiki olaraq, əlində elə bir vasitə olmadan işləyir.
Qəzet yazır ki, Reyqan “güc vasitəsilə sülh” doktrinasını yeridirdi. O həmçinin “ideyalar müharibəsinə” başladı. Məqsəd Sovet sisteminin legitimliyini laxlatmaq idi. Reaganın SSRİ-yə dediyi “İblis imperiyası” da bu ideoloji müharibənin tərkib hissəsi idi.
Qəzet onu da xatırladır ki, Reyqan həmişə haqlı mövqedə olmağa çalışırdı. 1986-cı ildə Reykyavikdə SSRİ lideri Qorbachevla danışıqlarda Reagan möhkəm dayanmışdı, güzəştə getmirdi, çünki o, elə edirdi ki, həmişə haqlı mövqedə olurdu.


