“Ukrayna Krımı Rusiyaya verəndə bilməliydi ki, növbədə Donbass ola bilər”. Ukrayna saytlarının məlumatına görə, bunu ölkənin ikinci prezidenti Leonid Kuçma mətbuta açıqlamaasında bildirib. Leonid Kuçma qeyd edib ki, Rusiyaya qarşı daha ciddi tədbirlərin görülməsi vacibdir. Keçmiş prezident qarşı tərəflə danışıqların aparılmasını düzgün hesab etmir: “Əksinə, daha sərt və konkret tədbirlər görməliydik ki, Rusiya oyunun bitdiyini başa düşsün. Krımı əldən verəndə anlamalıydıq ki, növbəti hədəf Donbass ola bilər. Ancaq onda fikirləşdilər ki, Rusiya bununla kifayətlənəcək və sakitləşəcək. Rusiya heç vaxt sakitləşməyəcək, bu gün də bunun şahidi oluruq”, – deyə Kuçma qey edib.
azadlıq.info


