Bunu Ali Radanın spikeri Aleksandr Turçinov bəyan edib
Ukryananın yeni hökuməti Rusiya ilə sərhədləri bağlamaq qərarına gəlib. ANS PRESS-in məlumatına görə, bunu Ali Radanın spikeri Aleksandr Turçinov bəyan edib.
Onun sözlərinə görə, Ukraynanın cənub-şərq vilayətlərdə, daha dəqiq Luqansk vilayətinin və Donetskin cənub hissəsində Rusiya ilə sərhəd bağlanacaq.
A.Turçinov bildirib ki, sərhədlərin bağlanması ilə separatçıların sayı və gücü azalacaq: “Sərhədlər mütləq bağlanmalıdır. Belə olan təqdirdə separatçıların Rusiya tərəfdən silahlandırılması mümkün olmayacaq. Bundan başqa terrorçular Rusiya ərazisindən Luqansk və Donetskə girə bilməyəcək”.


