Rusiya səfirindən ilginc çağırış

Vladimr Doroxin rus gəncləri Azərbaycanın ictimai, siyasi və biznes həyatında fəallığa səslədi

 

Rusiya səfiri Azərbaycanda yaşayan rusdilli gənclərin ölkənin elm, biznes və dövlət strukturlarında mühüm postları tutmasının çox vacib olduğunu bəyan edib. Vladimir Doroxoin bunu Bakıda yaşayan rus icması ilə keçirilən görüşdə bildirib. “Rusdilli gənclərin elm, biznes və dövlət strukturlarında mühüm postları tutması çox vacibdir. Bunun üçün Azərbaycan dilini və tarixini bilmək və Azərbaycan cəmiyyətinə tam interqrasiya olunmaq lazımdır”, – deyə səfir vurğulayıb.  

Səfir həmçinin Azərbaycanda yaşayan rus gənclərinin diaspor fəaliyyətində fəal iştirak etməsinin zəruri olduğunu qeyd edib. Doroxinin sözlərinə görə, Rusiya xaricdə yaşayan həmvətənlərə böyük diqqət ayırır və bunula bağlı hökumət komissiyası yaradılıb. Komissiyaya xarici işlər naziri Sergey Lavrov rəhbərlik edir. Doroxin əmin edib ki, səfirlik bundan sonra da Azərbaycandakı rus diasporuna dəstək verəcək (modern.az).

Səfirin Rusiyanın bölgədə apardığı siyasətin ofnunda belə bir açıqlama verməsi birmənalı qarşılanmır. Çünki Rusiya Ukraynaya müdaxilə etməzdən əvvəl məhz orada yaşayan ruslardan bəhanə kimi istifadə etmişdi. Ona görə səfirin belə bir çağrış etməsi müəyyən dərəcədə narahatlıq doğurur.

Elxan Şahinoğlu: «Bir qədər şübhəli suallar yaranır nədən bu çağrış məhz indi edilir»

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, bu çağrış normal qarşılanmalıdır. Çünki Azərbaycan yaşayan ruslar hər şeydən əvvəl bizim vətəndaşlardır: «Azərbaycanda yaşayan bütün millətlər dövlət idarəçiliyində istənilən vəzifədə təmsil oluna bilərlər. Normal dövlətlərdə münasibətlər bu cür tənzimlənir. Sadəcə olaraq Rusiya səfirinin bu bəyanatının məhz indiyə təsadüf etməsi maraq doğurur. Çünki Azərbaycanda belə bir ayrı-seçkilik yoxdur. Ona görə bu bir qədər şübhəli suallar yaradır. Nədən bu çağrış məhz indi edilir? Çünki ruslar da digər millətlər kimi vəzifələrdə təmsil olunurlar. Parlamentdə də onların millət vəkilləri var. Əslində rus əsilli vətəndaşların Azərbaycanda vəzifə tutmaqla bağlı eldə bir narazılığı da olmayıb».

Xəyal