«AZADLIQ»IN RƏSƏDXANASI
QOÇ
Qərar qəbul etmək üçün əlinizdə kifayət qədər informasiya yoxdur. Bu səbəbdən də bu gün uzun müddətli plan qurmaq və ya qərar qəbul etmək məsləhət deyil. Bütün problemlərə baxmayaraq, siz nikbinliyiniz və yaxşı əhvalınızı qoruyub saxlayacaqsınız.
BUĞA
Ev işləri ilə bağlı problemlər ortaya çıxacaq. Bu işlər sizə cansıxıcı və maraqsız gələcək. Axşama qədər əhvalınız əla olacaq. Sevdiyiniz şəxs diqqət və qayğı ilə sizi əhatə edəcək.
ƏKIZLƏR
Gün boyu nikbin olacaqsınız. Başqalarının zəif damarını tutmaq sizin üçün ən asan işdir. Ulduzlar hiylə işlətməməyi tövsiyə edir, çünki bunun üstünün açılacağı və acı nəticələnəcəyi bildirilir.
XƏRÇƏNG
Işgüzarlıq baxımından pis gün deyil. Maddi durumunuzu düzəldə bilərsiniz. Yaxınlarınıza qarşı çox diqqətli olmağa çalışın.
ŞIR
Yaxınlarla münasibəti aydınlaşdırmaq, bütün problemlərin birdən həlli üçün münasib gün deyil. Ciddi problemlər yaranarsa, onu özünüz aradan qaldırmağa çalışın. Çünki yardım istəsəniz, çıxılmaz vəziyyətə düşəcəyiniz istisna deyil.
QIZ
Aqressiv davranışınız ilə özünüzə problemlər yaradırsınız. Özünüz də başa düşürsünüz ki, hərəkətlərinizin nəticələri heç də xoş deyil. Sizə əziz olan adamla aranızda mübahisə ola bilər. Axşam səhhətiniz pisləşə bilər.
TƏRƏZI
Bu gün sizin üçün asan olmayacaq. Buna baxmayaraq günü uğursuz hesab etməyə tələsməyin. Əgər uzunmüddətli əməkdaşlıqla bağlı sövdələşmədə maliyyə tərəflərini müzakirə etmisinizsə, onu imzalaya bilərsiniz. Ehtimal ki, bu gün gəliriniz olacaq.
ƏQRƏB
Uzun sürən şübhə və tərəddüdlərdən uzaq olaraq işə başlayın. Ilk uğurlara tez nail olacaqsınız. Xərclər istisna deyil. Ona görə də planlaşdırılmamış alış-veriş məsləhət deyil.
OXATAN
Sizi çətin gün gözləyir. Maliyyə itkisi də gözlənilir. Bu gün çox səbirsizlik nümayiş etdirəcəksiniz. Bürcün bəzi nümayəndələrinin çox səy göstərdikləri iş uğursuz olacaq.
OĞLAQ
Günün birinci yarısı maliyyə baxımından əlverişlidir. Bu vaxt ərzində böyük bazarlıq etmək olar. Əks cinsin nümayəndələri ilə ehtiyatlı olun. Bu gün sizi asanlıqla çaşdırmaq olar.
DOLÇA
Günün başlanğıcı uğurlu olacaq. Yaşam potensialı yüksəkdir. Ancaq zaman keçdikcə neqativ meyillərin təsiri baş qaldıracaq. Gözlənilmədən yaranan problemlərə görə planları dəyişmək lazım gələcək. Maliyyə itkisi mümkündür.
BALIQLAR
Günün birinci yarısı çox uğurludur. Ünsiyyət, şəxsi görüşlər üçün münasib vaxtdır. Günün ikinci yarısında hansısa xırda xoşagəlməz hallar və problemlər məyusluq yarada bilər. Ancaq siz çətinliklərin öhdəsindən gələ biləcəksiniz.