Fazil Məmmədova tələ

Son həbslərin vergi ilə bağlı olmasının arxasında nə dayanır?

Vergilər naziri Fazil Məmmədovun baş nazir təyin olunmasını əngəlləmək üçün ona qarşı tələ qurulub. Bu barədə redaksiyasmıza  hakimiyyətdəki mənbə məlumat verib.
Qeyd edək ki, Fazil Məmmədovun baş nazir təyin olunması istiqamətində daha çox Paşayevlər iş aparır. Vergilər nazirinin bu günlərdə Avropaya səfərinin də məhz bu məqsəd daşıdığı barədə iddialar var. 
Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Paşayevlərin Fazil Məmmədovla bağlı ciddi iş aparmaları  rəqib qruplaşmaları hərəkətə gətirib. Onlar faktiki olaraq hakimiyyətdə ikinci postun Paşayevlərin nəzarətinə keçməsini istəmir. Bu baxımdan Fazil Məmmədovla bağlı planın pozulması üçün çalışırlar. Iddialara görə, Avropaya təqdimat məqsədilə aparılan vergilər nazirinə zərbə vurmaq onu da aparılan repressiya siyasətində aparıcı şəxsə çevirirlər. Məlumatda bildirilir ki, son həbslərin (Anar Məmmədli, Bəşir Süleymanlı) əsasən vergi ittihamları ilə bağlı olması təsadüfi deyil. Bu məhz Fazil Məmmədovun da repressiya siyasətində ciddi rol aldığını nümayiş etdirmək üçündür. “Şübhəsiz, Favzil Məmmədov korrupsioner və anti-demokratik hakimiyyətin təmsilçisidir. Lakin Paşayevlər onun digər məmurlardan nisbətən fərqli olduğu barədə rəy yaratmaq istəyirlər. Bu istiqamətdə ciddi iş aparırlar. Onların rəqibləri isə bu həbslərlə Fazil Məmmədovun rəhbərlik etdiyi strukturun da repressiya aparatı olması qənaətini yaradırlar. Son həbslərdə vergi amilindən istifadə edilməsi məhz bu məqsədi daşıyır”, – deyə məlumatda iddia edilir.