Əli Evseni Azərbaycanda talayırlar

İspaniyada həbs edilən iş adamının Azərbaycandakı biznesi ələ keçirilir

Əli Evsenin Azerbaycandakı biznesi ilə bağlı problemlər yaranıb. İndi İspaniyada yaşayan və faktiki olaraq, İspaniyadan çıxması yasaq olan Əli Evsenin Azərbaycanda böyük biznes şəbəkəsi var idi. «Evsen Group» adlı bu şəbəkəyə avtomobil istehsalı şirkəti (Azsamand), «Elite Complex» Ticarət Mərkəzi, “Azerbaijan Electronics” fabriki, xalça fabriki və başqa istehsal və xidmət sahələri daxildir. Amma Əli Evsenin Hüsni Mübarəkin çirkli pulları ilə bağlı qalmaqalları başlayandan və İspaniyada həbs ediləndən sonra onun Azərbaycandakı biznesinə də əl qoymağa başlayıblar. Bu proses isə çoxdan başlayıb. Hətta bir neçə il əvvəl Əli Evsenin Şamaxıda tikdirdiyi villaya görə ustalara ödəməli olduğu pulu da, buradakı idarəçiləri fürsətdən sui-istifadə edərək mənimsəmişdilər. Türk iş adamının Azərbaycandakı biznesinin şökdürülməsini və mənimsənilməsini isə ilginc bir dəstə həyata keçirir.

azadliq.info