Mayın 26-da Rusiyameylli yaraqlılar Donetsk şəhərinin hava limanını ələ keçirəndən sonra, Ukrayna ordusu strateji əhəmiyyət kəsb edən aeroportu geri qaytarmağa cəhd göstərir, bu zaman hərbi vertolyotlardan istifadə edir. Ukraynanın anti-terror əməliyyatının sözçüsü Vladislav Seleznyov deyib ki, hərbçilər havadan zərbə endirirlər. Bundan əvvəl hava limanını tutan yaraqlılara ultimatum verilib və ultimatumun vaxtı bitib.
Donetsk aeroportunda ağır döyüşlər gedir
•


