Taysonun azərbaycanlı tələbəsi

Fərid Ağayev daha bir azərbaycanlının bu klubda ola biləcəyini söyləyir

Fərid Ağayev 1988-ci ildə Bakıda doğulub və Bakı İdman Akademiyasını bitirib. Fərid 12 yaşından boksla məşğuldur və bu vaxta qədər  yeniyetmələr, gənclər, kişilər arasında Azərbaycan Çempionu, Yeniyetmələr və Gənclər arasında Avropa və Dünya mükafatçısı olub. muşdur. Peşəkar boksa qədəm qoyan Ağayev Fərid 2013-cü ildə  Amerikada Mayk Taysonun ən nüfuzlu ve WBI versiyasi hesab olunan Klubuna dəvət aldı. Bu dəvətdən dərhal sonra ona Floridada, Mayami şəhərində ilk üç sınaq döyüşü verildi. Sınaq görüşlərinin heç biri bir dəqiqədən artıq çəkmədi. Fərid öz rəqiblərini iki nokaut və bir texniki nokautla məğlub etdi və bununla da  WBI versiyasına döyüş lisenziyası aldı. İlk rəsmi döyüşü Oklahoma ştatında, Tulsa şəhərində Amerika boksçusu ilə oldu və cəmi 49 saniyə çəkdi.  Rəqinibi hokautla rinqdən çıxardı.  Bu günə qədər 8 döyüş keçirən Fərid, onların 7-ni nakautla başa vurub və sentyabr ayında Las Vegas şəhərində çempionluq kəməri uğrunda döyüşəcək. Mayk Taysonun sevimli tələbəsi və davamçısı olan Fərid Ağayev nikbin görünür və Fernando Guerrero adlı boksçu ilə döyüşə hazırlaşır. Bizi maraqlandıran suallara cavab almaq üçün Fəriddən müsahibə almaq qərarına gəldik.

Fərib bildirir ki, peşəkar boks Azərbaycanda hələ inkişaf etmədiyi üçün, o, Amerikadadır və Azərbaycanı burada təmsil edir. Həm də, ən yaxşı səviyyədə təmsil edir və hər bir qələbədən sonra azərbaycan bayrağını qaldrımaq ona xüsusi güc verir. Növbəti görüşü çempionladır və Fərid Ağayev deyir: «mən buna xüsusi əhəmiyyət verirəm, amma proqnozlaşdırmaq da istəmirəm. Sadəcə olaraq, onu deyə bilərəm ki, özümə inanır, güvənir, zamanın rinqdə verəcəyi hökmü bəri başdan qəbul edirem». 

İndi Azərbaycanda bu versiyada döyüşməyə hazır olan idmançılar varmı? Fərib bədbin deyil, amma bildirir ki, İndi «döyüşən çoxdur, amma o versiyalar Avropadan kənarda tanınmır və heç bir döyüşçü inciməsin, mən tək Romal Amanovun döyüşünü bəyənirəm. Yaxın vaxtlarda Romalın Amerikada ən yüksək versiyada döyüşməyə dəvət alacağına inanıram».