Türkiyədə Rəsulzadənin kitabı çapdan çıxıb

Məhəmməd Əmin Rəsulzadənin «Ihtilalçi Sosyalizm və Demokrasi» adlı kitabına ön sözü tarixçi alim Cəmil Həsənli yazıb

M.Ə.Rəsulzadənin 130-cü doğum ildönümü xatirəsinə həsr olunan bu kitab, 28 May Istiqlal bayramı astanasında nəşr edilmişdir. Kitabın ön sözünün müəllifi Prof. Dr. Cəmil Həsənlidir. Ön sözdə, M.Ə.Rəsulzadənin yaşadığı siyasi mühit və onun fəaliyyətləri haqqında geniş bilgi verilmişdir. Kitabın yazılarını seçib Türkiyə Türkcəsində çevirən, Türkiyədə mühacirət həyatı yaşayan Güney Azərbaycanlı araşdırmaçı- yazar Ramin Cabbarlıdır.

Kitab, Rəsulzadənin iki önəmli risaləsi və 10 digər yazısından ibarətdir. Bu kitabda Rəsulzadənin daha çox sosioloji və fəlsəfi yazıları seçilmişdir. Kitabın adı “Ihtilalçi Sosyalizmin Iflası” və “Demokrasinin Gelecegi” adlı iki risalələnin adının birləşdirməsidir. Bu iki risalə “Ixtilalçı Sosializmin Iflası və Demokrasinin Gələcəyi” adıyla 1928-ci ildə “Milli Azərbaycan Nəşriyyatı”nın 8-ci sayısında Istanbulda yayınlanmışdı.

“Ulusal Dayanışma”, “Millet Olmak Azmi”, “Milletçilik- Patriotizm”, “Ulusal Birlik”, “Yanlış Terim Kullanmayalım”, “Millet ve Kavim”, “Ulusal Ahlak”, “Idealistler Oportünistler, Bozguncular”, “Doğu Islam Uygarlığında Azerbaycan”ın Rolu”, “Bibliyografya; Rical-i Azerbaycan Der Asr-i Meşrutiyet” adlı yazılar isə kitabda yer alan digər yazılardır.

Kitabı Istanbulda “Doğu” nəşriyyatı yayınlamışdır.