BDU-nun 3 tələbəsi həbs olundu

Bakı Dövlət Universitinin 3 tələbəsi polislər tərəfindən həbs edilib. Bu barədə Qaynar.info-ya hadisə yerində olan tələbələr məlumat veriblər.

Onların sözlərinə görə, AXCP Gənclər Komitəsinin fəalı Hüseyn Qarasulu və Azad Gənclik Təşkilatının 2 üzvü Sübhan Qəmbərli ilə Tamerlan Feyzullalı polis əməkdaşları tərəfindən BDU-nun həyətində maşına mindirilərək polis bölməsinə aparılıb. Onların konkret hansı bölməyə aparıldığı məlum deyil.

Tələbələrin saxlanılmalarının 3 gün əvvəl keçirilən flashmobla bağlı olduğu deyilir.