Ceyson Pernella kürəyində Bristol şəhərindən 1944-cü ilin iyununda başlamış “Overlord” əməliyyatını canlandırıb. 27 yaşlı azarkeş tatuirovkanı İkinci dünya müharibəsində Qərb cəbhəsini açmış Normandiyada İttifaq qoşunlarının çıxarılmasının 70-ci ildönümünün şərəfinə həsr edib. Onun kürəyində tanklar, əsgərlər, qırıcılar və aerostat təsvir edilib.
O, bu şah əsərin yaradılmasına təxminən bir il vaxt sərf edib və 2700 dollar pul xərcləyib.
” Ailəm mənim bu tatuirovkamla çox ruhlanıb — biz həqiqətən İkinci dünya müharibəsinin tarixiylə çox maraqlanırıq”, – deyə Ceyson Pernella bildirib.
Ceyson Facebookda öz səhifəsində kürəyin şəkiliylə “The Sun” qəzetində yazilan xəbərləri yayıb.
Qeyd edək ki, Normandiyaya müttəfiqlərin desant çıxarması 6 iyun 1944-cü ildə başlanıb. İki ay davam edən Normandiya əməliyyatı nəticəsində müttəfiqlər Avropa qitəsində yerini bərkidiblər, Parisi azad ediblər və alman sərhədinə irəliləyişə başlayıblar.
Norman əməliyyatı bu günə kimi tarixdə ən böyük desant əməliyyatı kimi qalır. Əməliyyat zamanı üç milyon əsgər iştirak edib. (aspress.com)