Əli Həsənova xatırlatma

«Vaxtilə PA şöbə müdiri İranı, dövlət başçısı Rusiyanı təhqir edib»

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna verdiyi müsahibədə Azərbaycanda demokratiyanın durumuna toxunması hakimiyyət təmsilçilərini tşvişə salıb. Müsahibədən dərhal sonra rəsmi mətbuta və hökumət təmsilçiləri ABŞ səfirini hədəfə alaraq ona qarşı kampaniyaya başlayıb. Həttə hökumətə yaxın şəxslərdən bəziləri təhqirə də yol verməkdən çəkinmir. Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Trend-ə müsahibəsində də Morninqstarın fikirlərinə toxunub. 

PA rəsmisinin sözlərinə görə, Riçard Morninqstarın məlum müsahibəsindəki fikirlər Azərbaycan-ABŞ əlaqələrinin bugünkü ruhuna uyğun deyil. Ə.Həsənov hesab edir ki, səfir Azərbaycanın daxili və xarici siyasət məsələlərini qeyri-obyektiv və qərəzli şərh edib. Bu da yolverilməzdir. PA şöbə müdirinin fikrincə, R.Morninqstarın müsahibəsində irəli sürülən bir çox iddialar erməni diasporunun təsiri altında neçə illərdir öz anti-Azərbaycan mövqeyi ilə ad çıxarmış bəzi xarici QHT-lərin hesabatlarındakı subyektiv mülahizələri xatırladır.

Morninqstarın müsahibəsində ölkə insan haqları və demokratiya sahəsindəki problemlərə toxunması isə hökumət rəsmilərini xüsusilə narahat edir. 

PA şöbə müdiri onu da bildirib ki, Qərb rəsmiləri və mediası ayrı-ayrı vaxtlarda müxtəlif iddialar, əsassız mülahizələr, məlumatlar vasitəsilə dəfələrlə Azərbaycanın regionun böyük ölkələri ilə münasibətlərini pozmağa çalışıblar. O hətta İran-Azərbaycan münasibətlərində yaxın vaxtlara kimi mövcud olmuş anlaşılmazlığın da başlıca səbəbi kimi qəsdən mediaya sızdırılmış müxtəlif səpkili dezinformasiyaları göstərib. 

Bununla da Əli Həsənov ABŞ-ı Azərbaycanın Rusiya və İranla münasibətlərini korlamaqda ittiham edir. 

Ancaq Əli Həsənova xatırlatmaq yerinə düşər ki, Azərbaycanla onun nəzərdə tutduğu böyük dövlətlərin, istər İranın, istərsə də Rusiyanın maraqları heç vaxt üst-üstə düşməyib. Əksinə, daban-dabana zidd olub. Məsələn, həmin Əli Həsənovun özü «Avroviziya» yarışması ərəfəsində İranın yüksək dini xadimlərini təhqir etmişdir. İran generalı İlham Əliyev şəxsən həyatı ilə hədələmişdi. Azərbaycanda onlarla şəxs İran casusluğu maddəsilə həbsxanada yatır. Bütün bunlardan sonra İranla hansısa yaxşı münasibətin olduğuna iddia etmək çox gülüncdür. Üstəlik, kimisə bu münasibətləri pozmaqda günahlandırmaq siyasət adına sadəcə piyadalığın görsənişidir. Çünki istər İran, istərsə də Azərbaycan tərəfi bu münasibətlərin korlanması üçün əllərindən gələni ediblər. O ki, qaldı Rusiya və Azərbaycan münasibətlərinə, bunun çox da uzaq olmayan tarixi köklərindən bəri yanaşsaq, yəni 1990-cı ilin 20 yanvarı, 1992-ci ilin 26 fevral Xocalı faciəsi, sonrakı dövrlərdə Ermənistanla Rusiya arasında bağlanan hərbi starteji və təhlükəsizlik müqavilələri onu deməyə əsas verir ki, Azərbaycan dövləti ilə Rusiya arasında münasibətlərin yaxşı olması mexaniki olaraq mümkün deyil. Üstəlik «Wikileaks» sənədlərində İlham Əliyevin Rusiya dövlət başçısı Vldimir Putin haqqında təhqiramiz ifadələr işlətməsi də göstərir ki, fərdi qaydada da Rusiya və Azərbaycan dövlət başçılarının münasibətləri normal deyil. Bu zaman belə bir sual yaranır ki, Azərbaycan hökuməti niyə kimisə rəsmi Bakını böyük dövlətlərlə üz-üzə qoymaqda ittiham edir. Görünür İran və Rusiya nə qədər Azərbaycana qarşı təhlükəli mövqelərdən çıxış etsələr də, hazırki Azərbaycan hökuməti üçün bu elə də ciddi təhdid sayılmır. Çünki nə İran, nə də Rusiya üçün regionda sabitlik, insan haqları və demokratiya o qədər də əhəmiyyətli deyil. Əksinə, Moskva və Tehran da öz vətəndaşlarına qarşı aqressiv siyasət yürüdən ölkələr siyahısında liderlik edirlər. Günahsız insanları şərləyərək həbs edən, jurnalistləri və blogerləri zindana atan, xüsusilə korrupsiya özünün həyat mənbəyi çevirən Azərbaycan hökuməti üçün şəffaf Qərb ölkələrindənsə, korrupsiyaya və özbaşınalığa beşik olan şimal və cənub qonşuları daha yaxındır. Bütün bunları xatırladarkən biz həm tarixə istinad etdik, həm də «yalançının yaddaşı olmaz» atalar sözünü yenidən xatırladıq.

Fizzə