Əsgər Möhsümoğlu (“Amerikanın səsi”)
“Dünya siyasətində ABŞ prezidenti haqlı olduğuna görə yox, qüdrətli olduğuna görə xal qazanır”, – deyə “The Washington Post”ÿqəzetinin jurnalisti David Ignatiusÿ yazır.
“Prezident Obamanın dedikləri ölçülüdür, əksəriyyəti düzdür.ÿAmma o, özünü elə aparır ki, sanki rasional dünyaya danışır.ÿHalbuki, dünya Rusiya prezidenti Vladimir Putin kimilərin meydan suladığı bir yerdir”, – deyə məqalədə qeyd olunur.
Ignatiusla yanaşı, Amerikanın bir çox başqa ekspertləri də Ukrayna və Suriya kimi ölkələrdə baş verən hadisələrin Birləşmiş Ştatların qlobal imicinə və ümumilikdə demokratik dünya düzəninin rifahına təsirindən narahatdır.ÿ”Freedom House”un son hesabatına əsasən, dünya boyu azadlıqların altı ildir ardıcıl geriləməsi çoxlarında belə bir təsəvvür yaradıb ki, avtoritarizm cərəyanı qlobal miqyasda əks hücuma keçib və sürətlə irəliləyir.
“Uğur uğur gətirdiyi kimi, məğlubiyyət də çox vaxt məğlubiyyətlə müşayiət olunur.ÿHətta zəifliyin görüntüsü belə, məğlubiyyətlər seriyasına yol açır ki, bunların fəsadlarını aradan qaldırmaq hər keçən gün ikiqat artır.ÿ Fəsadları isə sözlə yox, yalnız əməllə aradan qaldırmaq mümkündür. Həlledici məqamlarda – Misir, Liviya, Suriya və Ukraynada administrasiyanın başlıca prioriteti maraqlara əsaslanan qətiyyətli siyasət yox, mesajlama olub.ÿÇox vaxt administrasiya nəyi necə etməyə yox, nəyi necə deməyə vaxt sərf edib”, – deyə Ignatius müşahidə edir.
Müxalifətin Barak Obamanın zəif xarici siyasət yürütdüyü haqda ittihamları prezidenti qəzəbləndirir.
“Ola bilsin ki, bu ittihamların bəziləri bişməmiş və hətta təhlükəlidir.ÿAmma Obama yalnız müəyyən nöqtəyədək haqlıdır.ÿIki il bundan öncə öz müşavirləri prezidentə Suriya müxalifətinə yardım etməyi tövsiyə edəndə onlara qulaq asmaq lazım idi.ÿObama hərbi aresenalı Baltikyanı dövlətlərə və Polşaya gətirmək üçün bu qədər gözləməməli idi”, – deyə Ignatius yazır.
Prezidentin atdığı hər bir addım istər dost, istərsə də düşmən tərəfindən diqqətlə izlənilir.ÿBu addımların zəiflik, yaxud güc nümayişi olması hadisələrin gedişatına böyük təsir göstərir.
“National Review” məcmuəsinin yazarı Tom Roganÿdünya düzənində baş verən geriləmələrin kökünü Suriyada görür.ÿ Onun sözlərinə görə, Əsədə qarşı qətiyyət sərgilənməməsi regionda qüvvə boşluğu yaratdı və belə bir təsəvvürə yol açdı ki, Amerika münaqişələrdən yorulub, heç kimlə qarşıdurmaya getmək istəmir.ÿRusiyadan tutmuş, Iranadək şər xislətli rejimlərin çoxu Amerikanın hərəkətlərini diqqətlə müşahidə edir və gördüklərinin əsasında nəticə çıxarırlar: “Bu gün Amerikanın düşmənləri bu strateji yanlışlığın ikinci və üçüncü səhnəsinə tamaşa edirlər.ÿIkinci səhnə Əsədin kimyəvi silah proqramlarını ört-basdır etməsi, üçüncü səhnə isə ABŞ-ın Putinin Ukraynadakı təcavüzünə lazımi cavab verməməsidir”.
Rogan yazır ki, azad dünyanın lideri sayılan Birləşmiş Ştatların hərəkəti də, hərəkətsizliyi də dünyanın müxtəlif guşələrinə mesaj verir. Güclü Amerika dünya boyu demokratları ürəkləndirir, hərəkətsiz Amerika isə eyni dərəcədə despotları ruhlandırır.ÿƏgər bu gün Putin, Əsəd və başqa tiranların şövqlə davranmasının səbəbini bilmək istəyirsinizsə, onda cavabı Amerikanın xarici siyasətində, konkret olaraq siyasətdəki letargiyada tapmaq olar: “Amerikanın xarici siyasət problemləri həqiqətən də dərin düşüncə və debat tələb edir.ÿƏləlxüsus, söhbət hərbi qüvvəyə əl atmaqdan gedirsə… Ancaq bu güc sözlərlə ifadə olunursa, onlar gücdən istifadənin təminatı ilə müşayiət olunmalıdır.ÿ Belə bir təminat olmadan bu sözlər boş ritorikaya çevrilərək, başqalarının strateji hesablamalarına daxil olur. Nəticə isə Amerikanın azalan etimadı və bu deqradasiyanın təmsil etdiyi təcavüzə dəvətnamə olur”.


