Müsavatda qurultay tələbi

Partiya funksionerləri istənilən halda qurultayın keçirilməli olduğunu bildirirlər. Müsavat Partiyası qurultay keçirmək üçün yer ayrılması ilə bağlı Bakı meriyasına ünvanladığı müraciət cavablandırıldı.

Partiya üçün Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evi ayrıldı. Amma Müsavat bu yer üçün etiraz bəyanatı ilə çıxış etdi. Onlar bəyanatda meriyanın yalan danışdığını və həmin yerin 620 nəfər üçün nəzərdə tutulduğunu bildirdilər.

Müsavat Partiyası Mərkəzi Icra Aparatının sədri Arif Hacılı Hafta.az-a açıqlamasında partiyanın bu barədə yekun qərarı haqda danışıb. A.Hacılı bildirib ki, mayın 19-da bu barədə qərar veriləcək:ÿ”Partiyanın Divan iclasında bu məsələ müzakirə olunacaq. Bundan sonra qərarımızı açıqlayacağıq.  Hesab edirəm ki, istənilən halda qurultayı keçirmək lazımdır. Amma Müsavat Partiyası kimi bir təşkilatın qurultayını keçirməsi üçün uyğun bir zal ayrılmalıdır. Əgər partiya Divanı və Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi hesab etsə ki, ayrılan yerdə qurultay keçirmək lazımdır, biz həmin zalda da tədbirimizi keçirəcəyik. Müxtəlif fikirlər var. Səs çoxluğu ilə qərar qəbul olunacaq”.

Müsavat başqanının müşaviri Səxavət Əlisoy da qurultayı keçirməyin vacib olduğunu bildirib: “Bizim istədiyimiz sayda yer olmasa da, o məkanda qurultay baş tuta bilər. Müsavat yüzdə-yüz öz qurultayını keçirməlidir. Nəhayət ki, yer oyununa son qoyulmalıdır. Gərəkdirsə, müsavatçı gənclərin bir hissəsi yerlərini qonaqlara güzəşt edər”.

Müsavat funksioneri, Isa Qəmbəri Allahşükür Paşazadə ilə müqayisə edib:ÿ

“Qurultayda ola bilər bəzi tərəfdaşlarımız məsələ qaldırıb, nizamnamədə dəyişiklik edə bilərlər. Üçüncü dəfə namizədliyi irəli sürmək haqda qadağa aradan götürülə bilər. Bu normal gediş deyil. Hesab edirlər ki, Isa Qəmbər sədrlikdən getsə, partiya dağılacaq. Müsavat Qafqaz Müsəlmanları Idarəsi deyil ki, Isa Qəmbər ömürlük şeyx elan olunsun. Bəzi funksionerlər var ki, özləri 20 ildən artıq partiyada eyni postda oturublar. Bu postların da şeyxülislamları bunlardır”.ÿ

Müsavat başqanının müavini Gülağa Aslanlı “Azadlıq”a açıqlamasında bildirdi ki, biz təklif olunan yerdən imtina etməmişik: “Biz BŞIH-nin ictimaiyyəti çaşdırmaq cəhdinə etirazımızı bildirmişik. Eyni zamanda Ilham Əliyevin ”meqapolis” adlandırdığı ölkədə 1000 nəfərlik zalın tapılmadığını vurğulamışıq. Digər tərəfdən bizə təklif olunan yerin 1000 nəfərlik olduğu bildirilsə də, həmin məkan 620 nəfər tutuma malikdir. Biz həmin yerdən imtina etməmişik. Yekun qərarı qurultaya hazırlıq üzrə təşkilat komitəsi verəcək”.

Akif