«Atletiko Madrid» İspaniya çempionu oldu

İspaniyada La Liqanın sonuncu turunun oyunları da başa çatdı. Son turda çempionluq uğrunda yarışda “Barselona” və “Atletiko” (Madrid) klubları üz-üzə gəldi. Bu oyunda “Atletiko”nu bir xal da qane edəcəyi halda, “Barselona” çempion olmaq üçün mütləq qələbə qazanmalı idi.
Oyunda hesabı meydan sahibləri 33-cü dəqiqədə Aleksis Sançesin vurduğu qola açdı. Lakin 49-cu dəqiqədə Diyeqo Qodin hesabı bərabərləşdirdi. Bu hesab «Atletiko»u İspaniya çempionu etdi.  

azadlıq.info