AXCP sədrinin müavini Ankarada mühüm görüşlər keçirib FOTO

Hazırda Ankarada səfərdə olan AXCP sədrinin müavini Razi Nurullayev orada bir sıra görüşlər keçirib.

Ötən gün Nurullayev “Kafkassam”ın başqanı Hasan Oktayla görüşərək, Azərbaycanın bölgədəki siyasəti və Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı müzakirələr aparıb.

Nurullayev dünən həmçinin Milliyətçi Hərəkat Partiyasında olub, partiya baş katibinin yardımçısı Abbas Bozyellə görüşüb.

AXCP sədrinin müavini daha sonra “Ülkü Ocaqları”nın sabiq başqanı Erdem Karakoç ilə görüşüb.

R.Nurullayev Ankaradakı dipkorpus nümayəndələri ilə də görüşlərini davam etditrir.

Dünən o, Avstraliyanın Türkiyə, Gürcüstan və Azərbaycandakı səfiri Ceyms Larsenlə görüşüb. Səfir Nurullayevi evinə nahara dəvət edib. Bir neçə saat çəkən görüşdə Azərbaycandakı ictimai-siyasi durum, insan haqları və demokratiya sahəsində baş verən son hadisələr və regionda gedən geosiyasi məsələlər, eləcə də qarşılıqlı maraq doğuran başqa mövzular müzakirə olunub.

AXCP sədrinin müavini dünən Meksikanın Azərbaycandakı səfiri Marta Elena Barsena ilə də görüşüb.

Xatırladaq ki, Nurullayev iki gün öncə də Ankarada Kanadanın Türkiyə, Gürcüstan və Azərbaycandakı səfiri Con Holmeslə görüşmüşdü.

azadliq.info