Davudoğlu Azərbaycana gəlir

“Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu ayın sonunda Azərbaycana gələcək”.

APA-nın məlumatına görə, bunu “APATV-nin “Manşet” verilişinin qonağı olan İsmail Alper Coşkun söyləyib. 

Səfir bildirib ki, bu il Türkiyə parlamentinin sədrinin də Azərbaycana səfəri gözlənilir. “Bu il Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının da toplantısı keçiriləcək”, – deyə diplomat vurğulayıb.