Mayın 7-nə keçən gecə Danimarka paytaxtı Kopenhagenin «B and V» arenasının səhnəsində «Eurovision 2014» mahnı müsabiqəsinin birinci yarımfinal konserti keçirilib. 16 ölkənin təmsilçisi arasından 10-u, o cümlədən azərbaycanlı Dilarə Kazımova finala vəsiqə qazanıb. Dilarə Kazımova «Start a Fire» mahnısını ifa edib.
Dilarə Kazımovanın səhnə performansının quruluşçu rejissoru isveçli rejissor və xoreoqraf Osa Engman və polşalı xoreqraf Petr Torazavadır. Mahnının bəstəkarı Stefan Orndur.
«Finalda qələbə qazanmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Möhtəşəm şou göstərmək arzusundayam. Komandamızın üzərində çalışdığı performans alındı», – deyə Dilarə Kazımova bildirib.
Finala vəsiqə qazanan 10 ölkə:
Azərbaycan
Monteneqro
Macarıstan
Rusiya
Ermənistan
San Marino
Ukrayna
İsveç
Hollandiya
İslandiya
Növbəti yarımfinal mayın 8-də, final isə şənbə günü – mayın 10-da olacaq.