AXCP sədri Əli Kərimli Facebook səhifəsində NİDA-çılara kəsilən həbs cəzasına münasibət bildirib. Əli Kərimlinin fikirlərini təqdim edirik:
NİDA-çı gənclərlə də qəddar davrandılar. Heç bir cinayət törətməmiş gəncləri 6-8 il müddətinə azadlıqdan məhrum etdilər. Ölkədə yenilik, dəyişiklik, ədalət istəyən hər kəslə düşmən kimi davranırlar. İnanıram ki, gəncləri bu gün təyin etdikləri qədər uzun müddətdə həbsdə saxlaya bilməyəcəklər. Onlar tezliklə azadlığa çıxacaqlar. Üstəlik, onların əksəriyyəti Azərbaycanda qurulacaq 3-cü respublikanı idarə edənlərin sırasında olacaqlar. Onlar bugünkü rəşadətli mübarizələri ilə xalqımızın demokratiya uğrunda mübarizə tarixinin şərəfli səhifələrini yazırlar.
Əminəm ki, Əliyevlərin repressiya maşınından keçib, lakin sınmayan, mübarizəsini davam etdirən insanları gələcək nəsillər qəhrəman kimi qiymətləndirəcək. Bu repressiyalara göstəriş verənlər, onu icra edənlər isə əməllərinə görə hələlik pul və vəzifə qazansalar da, gələcəkdə yalnız lənət qazanacaqlar!


