Oqtay Haqverdiyev: «Mən bu qədər böyük itkinin olduğuna inanmıram»
“Azərenerji” ASC-nin ötən il üçün konsolidə edilmiş hesabatı açıqlanıb. Rəsmi məlumata görə, şirkətin xalis mənfəəti 84mln. 589 min manat olub. Bu da 2012-ci illə müqayisədə 46,3 faiz azdır. Vergiyə qədər mənfəətÿ 130 ÿmln. 607 min manat, bölünməmiş mənfəət 224 mln. 475 min manat təşkil edib.
Aktivlərin çoxu uzunmüddətli sərmayədir -5 mlrd.ÿ 518,91 mln. manat. Xüsusi kapital 2 mlrd. 201,58 mln. manat olub. Ötən ilin əvvəlindən nizamnamə kapitalı 1 mlyd. 760 mln. 495 min manatdır. Investisiyanın həcmi 19,2 faiz azalaraq, 262 mln. 987 min manat olub. 2013-cü ildə öhdəliklər 0,09 faiz artaraq 3 mlrd. 317 mln. 331min manat təşkil edib.
Şirkətin məcmu gəlirləri 743 mln. 252 min manat, əməliyyat mənfəəti 92,11 mln. manat olub. Qanunvericiliyə əsasən, bütün dövlət təşkilatları 1 mayadək maliyyə hesabatını açıqlamalı olsa da, bu qərara bütün strukturlar əməl etmir.
Iqtisadiyyat sahəsi üzrə mütəxəssis Oqtay Haqverdiyevin qənaətincə, əvvəllər bu qədər itki halına rast gəlinməyib. Yəni, 46,3 faiz ağlasığmaz göstəricidir: “Itkilər əslində, ildən-ilə azalmalıdır. Çünki itkilərin çoxu paylayıcı sistemdə olur və buna da köhnə avadanlıqlar səbəb olur. Mən işləyən vaxt analiz apardıq və itkilər hardasa, 17 faizə gəlib çıxdı. O da paylayıcı sistemin özündə olmuşdu. Elektrik stansiyasının özü də enerji ilə işləyir. Onlar bunu düzgün həll etmir və itkiyə salırlar. Mən şəxsən hazırda bu qədər böyük itkinin olduğuna inanmıram”.
Nigar


