Mustafa Cəmili Krıma buraxmadılar

Krımdakı işğalçı rejim Mustafa Cəmili yarımadaya buraxmayıb və geri Ukraynanın materik hissəsinə qaytarıb. M.Cəmili qarşılamaq üçün gələn yüzlərlə krım tatarı isə geri dönməyə məcbur olub. Bu barədə Ukraynanın TSN kanalı məlumat yayıb.

Minə yaxın krım tatarı liderləri Mustafa Cəmili qarşılamaq üçün rus OMON-un kordonunu yarıblar.  M.Cəmili qarşılayanlar bundan sonra canlı sədd quraraq liderlərinin keçidinə şərait yaradıblar. Nəticədə M.Cəmil Ukrayna sərhəddini maneəsiz keçə bilib. Amma o, hələ Krım ərazisinə daxil ola bilməyib. M.Cəmil hazırda rusların  nəzarət buraxılış məntəqəsinin qarşısındadır. Jurnalistlərə açıqlamasında M.Cəmil sərhəddən keçə biləcəyinə inanmadığını deyib. O, Krıma daxil olmaqla bağlı rusların qadağasını “rus demokratiyası” adlandırıb. 

azadliq.info