Bakıda Putinin işğal rəmzi paylanacaq

“İrəli” ictimai təşkilatı Bakıda “Georgi lenti” adlı genişmiqyaslı aksiya keçirəcək. 

Aksiya Azərbaycan paytaxtının mərkəzini əhatə edəcək. “İçəri şəhər” metrostansiyası, Fontanlar meydanında və 28 may küçələrində könüllülər sürücülərə və sərnişinlərə Georgi lenti paylanılacaq. Bu lent faşizm üzərində qələbənin rəmzidir.

Putinin Krımı işğalından sonra bu lent işğal rəmzinə çevrilərək bütün dünyada böyük aqressiyaya səbəb olub. Belə ki, əvvəlcə Krımda, sonra isə Ukraynanın şərq vilayətlərində Rusiyanın dəstəklədiyi separatçı hərəkatlar bu lenti özlərinin rəmzinə çeviriblər. Son aylar ərzində Rusiyanın işğal rəmzinə çevrilmiş bi lentlə bağlı tədbir keçirilməsi Putinə açıq dəskək kimi qiymətləndirilməyə bilməz.

azadlıq.info