Hüsnü Mübarək asılacaq

Devrilmiş diktatorun qurtuluşu ömrlük həbsdədir

 

Misir mətbuatı devrilmiş diktator Hüsnü Mübarək və oğulları Camal ilə Alaanın korrupsiya və hökumət əleyhinə keçirilən mitinqlər zamanı etirazçılara qarşı zorakılıq edilməsi barədə göstəriş vermələri iddialarıyla bağlı istintaqa cəlb olunduğunu xatırladaraq ilginc məlumat yayıb.

 

Qahirə Apelyasiya Məhkəməsinin rəhbəri Zəkəriyyə Şalaşa istinad edən ölkə mediası bildirib ki, Hüsnü Mübarəkin nümayişçilərin ölümünə görə günahı sübuta yetirilərsə devrilmiş diktatoru edam gözləyir.

Xəbərdə Mübarəkin öncədən planlaşdırıldığı kimi rejim əleyhdarına odlu silahdan atəş açılması əmrini verməsi sübuta yetirildiyi halda dar ağacından asılacaq. Yox əgər etirazçıların qətlə yetirilməsi barədə göstəriş sonradan verilib o zaman Hüsnü Mübarək ömürlük həbs cəzası alacaq. Hadisə ilə bağlı istintaq isə 6 aya davam edəcək.

İnformasiya şöbəsi