“Qazprom”un qara günləri başlayır

Rusiyanın “Qazprom” şirkəti etiraf edib ki,  Qərbin sanksiyaları nəticəsində şirkət beynəlxalq bazarlarda səhmləri cəlb edə bilməyəcək. “Ukraynadakı böhranın inkişafı, digər ölkələrin Rusiya ilə münasibəti və eyni zamanda tətbiq olunan sanksiyalar regionun, eləcə də rus iqtisadiyyatına mənfi təsir göstərəcək. Öz növbəsində bu, beynəlxalq sərmayəçilərin Rusiyaya olan inamının azalmasına gətirib çıxaracaq”, – deyə şirkətin yaydığı bəyanatda qeyd olunub.   Bildirilib ki, Rusiya ilə digər dövlətlər arasındakı münasibətlərin pisləşməsi qazın Avropaya çatdırılmasında ləngimələrə səbəb olacaq.