Rusiyanın bütün milyarder-oliqarxları, şirkət və bankları sanksiyaya məruz qalacaq
ABŞ və Avropa Birliyi Ukrayna məsələsinə görə Rusiyaya qarşı yeni sanksiyalara qərar verib. Yeni sanksiyaların təsiri altına Putinin ən yaxın çevrəsi düşür.
ABŞ bu kateqoriyadan olan 7 məmura və 17 şirkətə sanksiya tətbiq edib. AB-nin yeni sanksiyaları isə 15 məmura qarşıdır.
Bununla belə, ABŞ-ın Putinə qarşı növbəti və daha ağır sanksiya zərbəsinə hazırlaşdığı deyilir.
“Tsn.ua” saytının özəl mənbələrə istinadla yaydığı xəbərə görə, ABŞ-ın növbəti raunda cəzalandıracağı şəxs və şirkətlər bunlardır:
Aleksey Miller, Roman Abramoviç, Əlişir Usmanov, Oleq Deripaska, Sergey Şoyqu (müdafi naziri), Federasiya Şurasının və Dövlət Dumasının bütün üzvləri, “Qazprom”, “Rosneft”, “Sberbank”, “Qazprombank”, “Vneşnekonbank”, “Vneştorbank”, “Rosoboronoekport”, “Novatek”.
azadliq.info


