ABŞ Putinin yaxın ətrafını “vurdu”

Avropa Birliyi isə Rusiyaya qarşı yeni sanksiyalara daha 15 nəfərin adını əlavə edib

ABŞ-ın maliyyə sanksiyalarına tuş gələnlərin siyahısına Iqor Seçin, Vyaçeslav Valodin, Dmitri Kozak, Serqey Çemezov, Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Puşkov, Putinin Krımdakı təmsilçisi Oleq Belavensov, “Volga Group”un təmsilçisi Genadi Timçenko və Sobinbank daxil olub.  “Rusiya aprelin 17-dən etibarən üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində heç bir addım atmayıb. Əksinə  Rusiya Ukrayna böhranının daha da ağırlaşdırılması istiqamətində addımlar atıb”. Bunu Ağ Evin sözçüsü Ceyn Karni bəyan edib.

ABŞ-ın maliyyə nazirliyi Rusiyanın 7 rəsmi şəxsinə və Putinin yaxın ətrafındakı 2 şəxsə qarşı sərt sanksiyalar tətbiq edib. O cümlədədn Putinlə əlaqəsi olan 17 şirkətin adı da qara siyahıya düşüb. Putinin yaxın ətrafına ABŞ vizasının verilməsi də dayandırılıb.

Avropa Birliyi hökumətləri isə Rusiyaya qarşı yeni sanksiyalara daha 15 nəfərin əlavə olunmasına razılaşıblar.
Həmin adamlara Avropa Birliyinə gəlməyə viza qadağanı qoyulacaq və onların hesabları dondurulacaq.
Indiyə kimi belə siyahıda 50 adamın adı var idi.
Siyahıya əlavə olunanların konkret adları açıqlanmır.  Qayaday görə bu, Avropa Birliyinin rəsmi jurnalında dərc olunmamışdan qabaq ictimaiyyətə açıqlana bilməz. Rəsmi jurnal bu gün dərc olunmalıdır.

Ukraynadakı baş terrorçunun əsl adı bəlli oldu

Ukraynanın təhlükəsizlik xidməti Rusiyanın Ukraynadakı baş terrorçusu kimi tanınan şəxsin kimliyini müəyyənləşdirə bilib. ÿBu Rusiyanın Silahlı Qüvvələrinin Baş Kəşfiyyat Idarəsinin zabitidir. O Ukrayna ərazisində Iqor Strelkov adı altında fəaliyyət göstərir. UNIAN-ın xəbərinə görə, bunu Ukraynanın Təhlükəsizlik Xidmətinin mətbuat katibi məlumat verib. Onun sözlərinə görə, bu məlumatlar anti-terror əməliyyatı çərçivəsində əldə edilib. Iqor Strelkov ?atıcı? adı altında fəaliyyət göstərirmiş.
Iqor Strelkovun əsl adı isə Iqor Vsesolodviçdir. O 1970-ci dekabrın 17-də Moskvada anadan olub.

Rusiya Ukraynaya hərbi müdaxilə edəcək

Rusiya Ukraynaya hərbi müdaxilə edəcək. Bu barədə özünün facebook səhifəsində işğal olunmuş Krımın rəhbəri Sergey Aksionov yazıb. Ukrayna ilə bağlı Putinin leksikonundan gen-bol yararlanan Aksionov qeyd edib ki, son illər ərzində Ukraynanın dağılması prosesi gedib, hakimiyyəti ələ keçirmiş xunta bu prosesi daha da sürətləndirib. ?Rusiyaya qardaş olan Ukraynanı indiki hakimiyyət ÿQərbin istədiyi kimi idarə etmək fikrindədir. Açıq şəkildə bildirmək istəyirəm ki, heç bir müqəddəs dəyər tanımayan Ukraynada hakimiyyətdə olan bu şəxslər planlarını həyata keçirə bilməyəck. Onlar heç nə edə bilməyəcək. Ukraynanın cənub-şərqində yaşayanlar Rusiya qoşunlarının müdaxiləsini xahiş edir. Mən şübhə etmirəm ki, hər şey Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə doğru gedir. Ukraynanın cənub-şərqi Rusiyanın bir hissəsi olacaq?,- deyə Aksionov bildirib.

Xarkovun merinə sui-qəsd oldu

Dünən saat 12.00-da Xarkovun meri Gennadiy Kernesin həyatına sui-qəsd edilib. Naməlum şəxs onu arxadan gülələyib. Merin sağlıq durumu kritik olaraq qalıb.
Həkimlər onun həyatını xilas etməyə çalışırlar.
Xarkov Ukraynanın Rusiya ilə həmsərhəd şərq vilayətlərindən biridir. Şəhərdə bir müddətdir Rusiyayönümlü separatçıların kütləvi aksiyaları keçirilir.

azadliq.info