“Kitab klubu” nəşriyyatı tarix elmləri doktoru Aydın Balayevin “Məmməd Əmin Rəsulzadə (1884-1955). Siyasi portret” monoqrafiyasını yüksək poliqrafik səviyyədə nəşr etmişdir.
Yeni kitabda M.Ə.Rəsulzadənin siyasi arenada ilk addımlarından başlamış ömrünün sonuna kimi Azərbaycanın istiqlalı uğrunda aradığı yorulmaz mübarizə son illərdə Fransa, Polşa, Gürcüstan, Rusiya və dünyanın digər ölkələrinin arxivlərində aşkarlanmış tarixi sənədlər əsasında bütün təfərrüatları ilə işıqlandırılır.
Kitabın elmi redaktorları t.e.d. M.N.Quboqlo (Rusiya Elmlər Akademiyasının Etnologiya Institutu) və Parisdə yerləşən Ictimai elmi tədqiqatlar Ali məktəbinin doktoru G.Mamulia, rəyçiləri isə Egey Universitetinin (Türkiyə) professoru Y.Akpınar və t.e.d. S.Isxakovdur (Rusiya Elmlər Akademiyasının Rusiya tarixi Institutu). Kitab M.Ə.Rəsulzadənin 130 illik yubileyi münasibətilə nəşr olunub.
“Turan”