ABŞ senatoru #azadet kampaniyasına qoşuldu

Ben Kardin NİDA-çılara bəraət, vicdan məhbuslarına azdlıq tələb etdi

NİDA-çı gənclərin və ümumən ölkədəki siyasi məhbusların müdafiəsi məqsədilə AXCP Gənclər Komitəsinin başlatdığı #azadet kampaniyasına Amerikalı senator Ben Kardin də qoşulub. O, tvitter hesabında  #freedom və #azadet haştaqlarından istifadə etməklə NİDA-çı gənclərə bəraət verilməsini isətyib, Azərbaycandakı vicdan məhbuslara azadlıq tələb edib.

“Azərbaycan hüququn aliliyinə hörmətlə yanaşmalı və NİDA fəallarına bəraət verməlidir. Azərbaycandakı vicdan məhbuslarına azadlıq”, – deyə senator yazıb və sonda #azadet haştaqını əlavə edib.

Xatırladaq ki, bir neçə gün qabaq Vaşinqtonda, Ağ evin qarşısında üzərində #azadet yazılmış, NİDA-çı gənclərin və başqa siyasi məhbusların fotoları olan plakat qaldırılmışdı. Aprelin 25-də isə Nyu-Yorkda, BMT-nin baş qərargahı önündə eyni şüarla NİDA-çılara dəstək ifadə olunub.